
Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 2 028 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bu nəqliyyat vasitələrinin ümumi gömrük dəyəri isə 62 milyon 485,9 min dollar olub.
Hesablamalara görə, bir ədəd elektrik nəqliyyat vasitəsinin orta gömrük dəyəri təxminən 30,8 min dollar təşkil edib.
Qeyd edək ki, elektrik avtomobilləri əsasən Çin, ABŞ və Almaniyadan idxal olunub. Ən çox məhsul Çindən gətirilib.
Ən bahalı elektrik nəqliyyat vasitələri Böyük Britaniyadan (bir ədədin orta gömrük dəyəri 402,2 min dollar), ən ucuz məhsullar isə Türkiyədən (864 dollar) idxal edilib.
Elektrik nəqliyyat vasitələrinin ölkələr üzrə idxal göstəriciləri belə olub:
Çin – 992 ədəd (bir ədədin orta qiyməti 24 060 dollar);
ABŞ – 656 ədəd (18 540 dollar);
Almaniya – 199 ədəd (76 180 dollar);
Koreya – 64 ədəd (18 450 dollar);
Yaponiya – 23 ədəd (17 060 dollar);
Türkiyə – 22 ədəd (864 dollar);
Meksika – 24 ədəd (15 510 dollar);
Böyük Britaniya – 18 ədəd (402 240 dollar);
Avstriya – 12 ədəd (141 140 dollar);
İsveç – 6 ədəd (17 180 dollar);
Fransa – 4 ədəd (12 210 dollar);
İspaniya – 2 ədəd (16 135 dollar);
İtaliya – 2 ədəd (64 235 dollar);
Cənubi Afrika Respublikası – 1 ədəd (34 000 dollar);
Serbiya – 1 ədəd (13 740 dollar);
Tailand – 1 ədəd (26 200 dollar);
Rumıniya – 1 ədəd (5 000 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz