
2025-ci ildə Türkiyədə Azərbaycan sərmayəsi ilə 123 şirkət təsis olunub.
Yeniavaz.com xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 512 milyon lirə (15,4 milyon manat) olub və bu məbləğin 95,5%-ni (489 milyon lirə) Azərbaycan sərmayəsi təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 24-ü səhmdar cəmiyyət (Anonim şirkət), 99-u isə Məhdud Məsuliyyətli Cəmiyyət (Limited şirkət) olub.
Onu da bildirək ki, qeydə alınan şirkətlərin təxminən yarısı – 60 şirkət topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərmək məqsədilə qeydə alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz