
“Tezliklə Ermənistanda sərhəd delimitasiyası komissiyalarının növbəti iclası keçiriləcək”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Erməni Şurası” Analitik Mərkəzinin nümayəndəsi Narek Minasyan “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştırakı ilə keçirilən dəyirmi masa müzakirələrini şərh edərkən bildirib.
Belə ki, 13-14 fevral tarixlərində Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştırakı ilə dəyirmi masa müzakirələri keçirilib.
“Əvvəlki görüşün Azərbaycanda baş tutduğunu nəzərə alsaq, növbəti görüş çox güman ki, Ermənistanda keçiriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, 28 noyabr 2025-ci il tarixində Qəbələdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanln sədrliyi ilə sərhəd delimitasiya komissiyalarının 12-ci iclası keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz