AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununa təyinat aldı


AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata görə, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top