
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan “Rəcəb Tayyib Ərdoğanın oğlu olmaq necə bir hissdir?” sualına cavab verib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə AK Partiya tərəfindən Ankarada “Hər məhəlləsi ilə, hər hekayəsi ilə İstanbul” mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib.
Bilal Ərdoğan suala cavab olaraq, “Bu, çox gözəl bir hissdir. Təkcə onun oğlu kimi deyil, həm də Türkiyəni davamlı olaraq müşahidə edən biri kimi özümü çox şanslı hiss edirəm. Niyə? Çünki həqiqətən də bir vaxtlar “Tayyib Ərdoğanın dövründə yaşayanlar” deyə bir ifadə olacaq. Tayyib Ərdoğandan sonra onun haqqında danışacaqlar və hər kəs ağzını açıb dinləyəcək”, - deyib.
O, Rəcəb Tayyib Ərdoğanın Türkiyə tarixi baxımından belə bir şəxsiyyət olduğunu qeyd edib.
“İnanın mənə, bunları deyəndə atamı düşünərək demirəm. Özümü həqiqətən də, tarixi bir şəxsiyyəti təsvir edən bir politoloq, bir iqtisadçı, bir alim kimi hiss edirəm. Biz çox şanslıyıq. Bu mənada, mən onun oğlu olduğum, onu daha çox gördüyüm və onunla daha çox vaxt keçirdiyim üçün özümü çox şanslı hiss edirəm”, - Bilal Ərdoğan əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz