
Ötən il Azərbaycan xarici ölkələrə 111 milyon 117,8 min dollar dəyərində 88 min 590,5 ton təzə şaftalı (nektarinlər daxil olmaqla) ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac edilən şaftalının 1 kiloqramının orta gömrük dəyəri təxminən 1,26 dollar (2,1 manat) olub.
Miqdar baxımından Azərbaycan şaftalını ən çox Rusiyaya ixrac edib. Belə ki, hesabat dövründə bu ölkəyə 82 min 278,9 ton məhsul göndərilib. Ən az ixrac edilən ölkələrdən biri isə Honkonq olub – cəmi 1,34 ton.
Ötən il xarici ölkələrə satılan şaftalının miqdarı və orta gömrük dəyəri belə olub:
Belarus – 1 942,31 ton (1 kiloqramın orta gömrük dəyəri 1,73 dollar);
Qazaxıstan – 479,82 ton (0,67 dollar);
Moldova – 208,52 ton (0,84 dollar);
Rusiya – 82 278,91 ton (1,25 dollar);
Ukrayna – 2 908,22 ton (1,06 dollar);
BƏƏ – 599,09 ton (1,51 dollar);
Honkonq – 1,34 ton (8,81 dollar);
Gürcüstan – 57,7 ton (0,68 dollar);
Monqolustan – 20,95 ton (0,78 dollar);
Latviya – 58,2 ton (1,22 dollar);
Rumıniya – 35,46 ton (1,11 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz