
Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 12 milyon 37 min 580 ədəd diş fırçası idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan diş fırçalarının ümumi dəyəri 3 milyon 708,9 min dollar olub.
Qeyd edək ki, bir ədəd diş fırçasının orta gömrük dəyəri təxminən 52 qəpik təşkil edib.
Qeyd edək ki, diş fırçaları əsasən Çin, Vyetnam və Hindistandan idxal olunub. Ən çox məhsul Çindən gətirilib.
Ən bahalı diş fırçaları Avstriyadan (bir ədədi təxminən 35,7 manat), ən ucuz məhsullar isə Türkmənistandan idxal edilib.
Diş fırçalarının ölkələr üzrə idxal göstəriciləri belə olub:
Çin – 9 576,3 min ədəd (bir ədədin orta qiyməti 0,36 manat);
Vyetnam – 1 099,7 min ədəd (1,29 manat);
Hindistan – 679,5 min ədəd (0,73 manat);
Rusiya – 220,1 min ədəd (1,72 manat);
Türkiyə – 138,3 min ədəd (0,65 manat);
İrlandiya – 104,3 min ədəd (1,79 manat);
Almaniya – 79,8 min ədəd (2,45 manat);
Türkmənistan – 43,44 min ədəd (0,21 manat);
İtaliya – 26,9 min ədəd (2,07 manat);
İsveçrə – 14,1 min ədəd (4,03 manat);
İsveç – 8,5 min ədəd (3,52 manat);
Litva – 1,5 min ədəd (2,06 manat);
İndoneziya – 1 min ədəd (1,19 manat);
Özbəkistan – 0,8 min ədəd (0,46 manat);
Koreya – 0,36 min ədəd (12,89 manat);
Tailand – 0,2 min ədəd (1,7 manat);
Avstriya – 0,2 min manat (35,7 manat);
Polşa – 0,1 min ədəd (0,34 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz