
Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Boobek Ajikeyev fövqəladə hallar, Absattar Sırqabayev nəqliyyat və kommunikasiya, Meder Maşiyev təbii sərvətlər naziri vəzifələrindən azad ediliblər.
Prezident həmçinin Urmatbek Şamırkanovu fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən, Talantbek Soltobayevi nəqliyyat və kommunikasiya nazirinin səlahiyyətlərini icra edən, Akıl Toktobayevi isə təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən vəzifələrə təyin edib.
Onların namizədlikləri təsdiq üçün parlamentə təqdim olunacaq.
Nazirlərin işdən çıxarılma səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, fevralın 10-da Qırğızıstan Prezidenti uzun müddətdir ki, yaxın müttəfiqi olan Kamçıbek Taşiyevi baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edib. Bundan sonra parlamentin spikeri istefa verib, həmçinin, bir neçə nazir vəzifəsindən azad edilib.
Tətbiqimizi yükləyə bilərsiniz