
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Ramin Göyüşov (VÖEN – 1405641882) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, Ramin Göyüşov Xidmətin sifarişi əsasında Ağdam Kamp Otel kompleksində ofis binasının və yataq otaqlarının icarə xidmətini həyata keçirəcək və qarşılığında 267 min 646 manat 14 qəpik alacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz