
Ötən il Azərbaycana 151 baş safqanlı cinslərə aid olmayan diri ətlik və digər atlar idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan diri atların bir başının orta gömrük dəyəri 1 133 dollar (1 926 manat) olub.
Qeyd edək ki, Azərbaycana ən çox diri at Rusiyadan gətirilib. Rusiyadan 81 baş at idxal olunub ki, bir başın orta gömrük dəyəri 331 dollar (562 manat) təşkil edib.
Bundan başqa Azərbaycana bir başı 200 dollardan (340 manat) 50 baş at Qırğızıstandan idxal edilib.
Ötən il Azərbaycana aşağıdakı ölklərdən diri ətlik və digər atlar gətirilib:
Rusiya – 81 baş (bir başın orta gömrük dəyəri 562 manat);
Qırğızıstan – 50 baş (340 manat);
Bolqarıstan – 7 baş (7 155 manat);
Rumıniya – 4 baş (41 064 manat);
Almaniya – 4 baş (1 930 manat);
Türkiyə – 3 baş (504 manat);
Portuqaliya – 1 baş (2 193 manat);
Niderland – 1 baş (2 567 manat).
Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycan xarici ölkələrə 4 baş safqanlı diri at, 2 670 baş diri ətlik at ixrac edib. İxrac olunan safqanlı diri atın bir başının orta gömrük dəyəri 1615 manat, diri ətlik atın bir başının orta gömrük dəyəri isə 354 manat olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz