“Mançester Siti” 145 illik rekordu təkrarladı


“Mançester Siti” doğma meydanında ardıcıl 17-ci dəfə İngiltərə Kuboku oyununda qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla da komanda İngiltərə Kubokunda 145 illik rekordu təkrarlayıb.
Komanda bu rekorda İngiltərə Kubokunun son 1/8 finalında “Salford Siti” üzərində 2-0 hesablı qələbə ilə nail olub.
“Mançester Siti”dən əvvəl bu rekorda 1873-cü ilin dekabrından 1881-ci ilin fevralına qədər doğma meydanındakı İngiltərə Kuboku oyununda ardıcıl 17 dəfə qalib gələn “Klepxem Rovers” klubu imza atıb.
Qeyd edək ki, “Mançester Siti” bu qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top