Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" ifa edilib – Video


İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində təşkil olunan rəsmi şam yeməyində Aleksandar Vuçiçin adından çıxış edən ölkənin hərbi orkestri Azərbaycan xalq mahnısı “Ay Laçın”ı səsləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir.

DİGƏR XƏBƏRLƏR

Top