İran və ABŞ arasında nüvə danışıqlarının ikinci mərhələsi başlayır


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə planlaşdırılan növbəti danışıqlar üçün Tehrandan İsveçrəyə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, İran və ABŞ gələn həftə Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci mərhələsini keçirəcək.
İran nümayəndə heyətinə rəhbərlik edən Əraqçi fevralın əvvəlində Maskat (Oman) şəhərində baş tutan ilk mərhələni “yaxşı başlanğıc” kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top