“Əgər müharibə başlayarsa, İran Trampa unutmayacağı bir dərs verəcək”


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hərbi əməliyyat ehtimallarına sərt reaksiya verib.
Yeniavaz.com
xəbər verir ki, bazar günü keçirilən mərasimdə çıxış edən Musəvi Trampı mümkün hərbi addımlar barədə qərar verməzdən əvvəl “iki dəfə düşünməyə” çağırıb.
O, ABŞ prezidentinin son açıqlamalarını tənqid edərək bildirib ki, əgər Vaşinqton həqiqətən Tehranla danışıqlar aparmaq niyyətindədirsə, bu cür “alçaldıcı şərhlər” yolverilməzdir.
“Əgər Tramp həqiqətən müharibə istəyirsə, niyə danışıqlar məsələsini qaldırır?” – deyə iranlı general sual edib.
Musəvi əlavə edib ki, mümkün müharibə halında İran buna sərt cavab verəcək: “Əgər müharibə başlayarsa, İran Trampa unutmayacağı bir dərs verəcək”.
Qeyd edək ki, Tramp cümə günü verdiyi açıqlamada İranda rejim dəyişikliyinin “baş verə biləcək ən yaxşı şey” olduğunu bildirib.
Eyni zamanda, Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, danışıqlar uğursuz olarsa, ABŞ ordusu İrana qarşı uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top