Aleksandar Vuçiç İlham Əliyevi belə qarşıladı – Video


Fevralın 15-də Azərbaycanın Prezidenti İlham Əliyev Serbiyanın paytaxtı Belqrad şəhərində rəsmi səfər çərçivəsində təntənəli şəkildə qarşılanıb.
Yeniavaz.com
xəbər verir ki, mərasim zamanı dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidentini şəxsən qarşılayıb.
Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, daha sonra fəxri qarovul dəstəsinin rəisi Prezidentə raport təqdim edib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçərək onu salamlayıblar.
Ardınca Serbiya nümayəndə heyətinin üzvləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Aleksandar Vuçiçə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top