
Çin hakimiyyəti demoqrafik çətinliklər fonunda doğum nisbətini sabitləşdirmək üçün səy göstərməlidir.
Yeniavaz.com xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin “Qiushi” jurnalında dərc olunmuş məqaləsində bildirib.
“Biz evlilik və uşaq dünyaya gətirmə məsələlərində proaktiv yanaşmanı təşviq etməli və doğum nisbətini sabitləşdirmək üçün səy göstərməliyik”, - deyə Si Cinpin bildirib.
Qeyd olunur ki, onun qeyd etdiyi konkret tədbirlərə doğuşa dəstək sisteminin gücləndirilməsi, doğuş və təhsil zamanı ailələrin üzərinə düşən yükün azaldılması və valideynlik məzuniyyətinin strukturunun təkmilləşdirilməsi daxildir.
Qeyd edək ki, son illərdə Çin hakimiyyəti doğum nisbətini stimullaşdırmaq üçün davamlı olaraq tədbirlər hazırlayır. Hökumət uşaq baxımını genişləndirir, uşaqlara uyğun sosial mühit yaratmağa çalışır və vətəndaşlara təhsil, mənzil və məşğulluq sahəsində dəstəyi gücləndirir.
2022-ci ildə Çin əhalisi 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalaraq azalmağa başlayıb. 2023, 2024 və 2025-ci illərdə də azalma davam edib və müvafiq olaraq bu göstəricilər 2,08 milyon, 1,39 milyon və 3,39 milyon təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz