
Miqrantların üçdə birindən çoxu oktyabrdan dekabrın sonunadək ilk cəhddə rus dili imtahanını keçə bilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin monitorinqinə əsasən, 2025-ci ilin dördüncü rübündə iş icazəsi və ya patent almaq üçün tələb olunan səviyyədə rus dili (xarici dil kimi), Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları üzrə imtahanı 201 min 675 nəfər verib. Onlardan 87,9%-i imtahanı müsbət qiymətlə keçib.
Bununla yanaşı, imtahanı ilk cəhddə 35,5% keçə bilməyib”, – deyə məlumatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz