Faktiki hava açıqlandı


Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Şahbuzda 7, Şərurda 6, Ordubad, Sədərəkdə 4, Astara, Naxçıvanda 2, Culfa, Yardımlı, Lənkəran, Daşkəsəndə 1 mm-dək qeydə alınıb.
“Qərb küləyi əsib, küləyin maksimal sürəti Kəlbəcərdə 27, Şahdağda 25, Bakıda və Abşeron yarımadasında 21, Culfa, Daşkəsəndə 20, Goranboyda 19, Mingəçevir, Naftalan, Şamaxıda 18, Lerikdə 17, Qobustan, Altıağac, Yardımlıda 16, Şəkidə 15 m/s-dək güclənib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top