
Zaqatalada 54 yaşlı piyada maşınla vurulub. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi “VAZ 2106” markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə rayonun Əliabad-Mosul yolunda piyada, Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Musa Bulad oğlu Hacımuradovu vurub. Müxtəlif dərəcəli bədən xəsarəti olan Musa Hacımuradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Xəstəxanadan bildirilib ki, Musa Hacımuradova lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
APA
Tətbiqimizi yükləyə bilərsiniz