
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanı təhqir edib.
Yeniavaz.com xəbər verir ki, bu, Zelenskinin Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı baş verib.
“Viktor Rusiya tanklarının Budapeşt küçələrinə qayıtmasının qarşısını almaq üçün ordusunu necə genişləndirmək barədə deyil, qarnını böyütmək barədə düşünə bilər”, - o bildirib.
Macarıstanın Baş naziri Zelenskinin sözlərinə cavab verib:
“Ukraynanın Avropa Birliyinə daxil olmasını dəstəkləyən daha bir kampaniya çıxışı üçün təşəkkür edirəm. Bu, macarların vəziyyəti daha aydın görməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. Lakin siz bir şeyi səhv başa düşürsünüz: bu müzakirə nə mənim, nə də sizin haqqınızdadır. Söhbət Macarıstanın, Ukraynanın və Avropanın gələcəyindən gedir. Məhz buna görə də Avropa Birliyinin üzvü ola bilməzsiniz”.
Tətbiqimizi yükləyə bilərsiniz