“ByteDance” yenilənmiş “Doubao 2.0” versiyasını təqdim etdi


“TikTok”un arxasında duran Çin texnologiya şirkəti “ByteDance” çoxfunksiyalı süni intellektlə işləyən “Doubao 2.0” chatbotunun yenilənmiş versiyasını təqdim edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WeChat” məlumat yayıb.
“Assistant” dörd versiyada mövcuddur: “Pro”, “Lite”, “Mini” və “Code”. İlk üç universal model təhlil dərinliyi və cavab sürəti ilə fərqlənir. “ByteDance” iddia edir ki, “Doubao 2.0 Pro” Amerika rəqibləri “OpenAI”nin “ChatGPT 5.2” və “Google”ın “Gemini 3” ilə müqayisə edilə bilər. “Code” versiyası proqramlaşdırma üçün nəzərdə tutulub.
“Doubao 2.0” ilə smartfon tətbiqi, masaüstü proqramı və ya veb brauzer vasitəsilə qarşılıqlı əlaqə qurmaq olar.
Fevralın 12-si “ByteDance Seedance 2.0” video generasiya süni intellekt modelini, 13-ü isə “Seedream 5.0 Lite” şəkil generasiya süni intellekt modelini təqdim edib. 

DİGƏR XƏBƏRLƏR

Top