
İranda hakimiyyət dəyişikliyi ABŞ üçün mümkün olan ən yaxşı nəticə olar.
Yeniavaz.com xəbər verir ki, bunu “Fox News”a ABŞ Prezidenti Donald Tramp bildirib.
“Görünür, baş verə biləcək ən yaxşı şey bu olardı”, - Tramp bir müxbirin İranda hakimiyyət dəyişikliyini görmək istəyib-istəmədiyi ilə bağlı sualına cavab olaraq bildirib.
Daha əvvəl Tramp İran ətrafında vəziyyətin gərginləşməsi fonunda ABŞ-nin ikinci Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı qrupunun tezliklə Yaxın Şərqə yola düşəcəyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz