Həyat yoldaşınıza son dəfə nə vaxt hədiyyə almısınız?


Əgər bu sualın cavabını xatırlamaqda çətinlik çəkirsinizsə və ya belə bir şeyi heç ağlınıza da gətirməmisinizsə, deməli artıq səhvinizi düzəltmək vaxtıdır.
Ailədə tərəflərin bir-birilərinə hədiyyə alması çox yaxşıdır. Çünki bu, ailənin möhkəmliyini artırmaq üçün ən vacib şərtlərdən biri olmasa da, tərəflər arasındakı ünsiyyəti artırmaq üçün ən vacib şərtlərdən biridir. Bir də əgər hər yerdə hədiyyələşməyin əhəmiyyətindən danışırıqsa, bu, həyat yoldaşları arasında niyə olmasın?
Elə isə həyat yoldaşlarının bir-birilərinə hədiyyə almasının nə kimi faydaları olduğuna nəzər salaq:
- Hədiyyə alan tərəflə hədiyyə verən tərəf arasında ünsiyyət artır.
- Hədiyyə alan tərəflə hədiyyə verən tərəf arasında sevgi artır.
- Hədiyyə alan tərəflə hədiyyə verən tərəf arasında hörmət artır və s.
Digər tərəfdən, ailədə tərəflərin bir-birilərinə hədiyyə alması baş vermiş və baş verəcək problemlərin qarşısını almaq deməkdir. Təbii ki, ailədən asılı olaraq bu maddələrin sayını artırmaq da olar.
Hədiyyənin mahiyyəti, maddi dəyəri, kiçik və ya böyük olması da vacib deyil. Əsas məsələ hədiyyə verərkən səmimi olmaqdır.
Bütün bunlarla yanaşı, hədiyyə qəbul edərkən həssas davranmalı, ilk növbədə? hədiyyəyə yox, hədiyyə verənə diqqət yetirməlisiniz.
Hədiyyəni bəyənmədiyinizi dərhal ifadə etmək də səhvdir. Əgər bu çox vacibdirsə, sonrakı mərhələlərdə hədiyyə ilə bağlı müəyyən fikirlər yürütmək olar.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top