Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistana gedən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qriqoryanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, katib bu cür görüşləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri baxımından vacib adlandırıb.
O, Bakı nümayəndə heyətinə münasibətlərin normallaşma dinamikası və yolların açılması perspektivləri barədə məlumat verib.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti fevralın 13-ü quru sərhədinin hazırda delimitasiya olunmuş və demarkasiya olunmuş yeganə hissəsi vasitəsilə Ermənistana gedib və pasportlarına viza möhürü vurulması da daxil olmaqla, bütün tələb olunan sərhəd keçid prosedurlarını yerinə yetirib. Bu, onların son dörd ayda ikinci səfəridir. Onlar əvvəlcə 2025-ci ilin oktyabrında Bakıdan birbaşa uçuşla gəliblər, daha sonra isə noyabr ayında Ermənistan tərəfinin nümayəndələri Azərbaycana cavab səfəri ediblər.

DİGƏR XƏBƏRLƏR

Top