“Tramp Xamenei ilə görüşməyə hazırdır” − Rubio


ABŞ Prezidenti Donald Tramp İranın Ali Lideri Ayətullah Əli Xamenei ilə görüşməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib.
“Əminəm ki, əgər Ayətullah Xamenei sabah prezidentlə görüşmək istədiyini desəydi, prezident razılaşardı. Ona görə yox ki, o ayətullahla razıdır, çünki bunu dünyadakı problemlərin həlli yolu kimi görür və heç kimlə görüşməyi güzəşt hesab etmir”, - o bildirib.
Qeyd edək ki, Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-sı Maskatda baş tutub.
 

DİGƏR XƏBƏRLƏR

Top