
Çin hakimiyyəti mayın 1-dən etibarən 53 Afrika ölkəsindən gələn mallara tətbiq edilən tarifləri ləğv edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin Afrika İttifaqının (Aİ) sədri Joao Lourensoya və Aİ Komissiyasının prezidenti Mahamad Ali Yusifə ay təqviminə görə qarşıdan gələn Qırmızı At ili münasibətilə göndərdiyi təbrik məktubunda bildirib.
“Çin 1 may 2026-cı il tarixindən etibarən diplomatik münasibətlər saxladığı bütün 53 Afrika ölkəsi üçün sıfır tarif tədbirlərini tətbiq edəcək”, - Çin Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Pekin eyni zamanda Afrika məhsullarının Çin bazarına çıxışını genişləndirmək üçün hərtərəfli iqtisadi tərəfdaşlıq müqaviləsi üzrə danışıqları aparmaq niyyətindədir.
Belə ki, Çin Prezidenti Afrika malları üçün “yaşıl kanal”ı optimallaşdıracağına söz verib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, Çinin Afrika ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 17,7% artaraq, 348,05 milyard dollara çatıb.
Çindən ixrac 25,8% artaraq, 225,03 milyard dollar, Afrikadan idxal isə 5,4% artaraq 123,02 milyard dollar olub.
Tətbiqimizi yükləyə bilərsiniz