
“Tottenhem” rəsmi saytında İqor Tudorun baş məşqçi təyin olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, xorvatiyalı mütəxəssisin cari mövsümün sonuna qədər “Tottenhem”ə rəhbərlik edəcəyi vurğulanır.
“İqor bizə aydın bir məqsədlə qoşulur: nəticələri yaxşılaşdırmaq, uğur qazanmaq və Premyer Liqa turnir cədvəlinə yüksəlmək. Onun vəzifəsi sadədir - mövsümün həlledici mərhələsində komandaya təşkilatçılıq, intensivlik və rəqabətə dözümlük gətirmək”, - açıqlamada bildirilib.
***15:41
Xorvatiyalı mütəxəssis İqor Tudor cari mövsümün sonuna qədər “Tottenhem”in müvəqqəti baş məşqçisi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, klub 47 yaşlı mütəxəssislə şifahi razılığa gəlib.
Ancaq Tudorun “Tottenhem”lə müqaviləsində daimi müqavilə ehtimalı olmayacaq.
Qeyd edək ki, fevralın 11-də “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərib.
İngiltərə Premyer Liqasında 26 oyundan sonra “Tottenhem”in aktivində 29 xal var və turnir cədvəlində 16-cı yerdədir.
Xatırladaq ki, bundan əvvəl Tudor “Yuventus”a rəhbərlik edib və 2025-ci ilin 27 oktyabrında komandadan ayrılıb.
Məşqçi həmçinin “Marsel” və “Qalatasaray”da da baş məşqşi olub.
Tətbiqimizi yükləyə bilərsiniz