“Ukraynada işğal etdiyi hər kilometr torpaq Rusiyaya 170 əsgərə başa gəlir” – Zelenski


“Ukraynada işğal etdiyi hər kilometr torpaq Rusiyaya təxminən 170 əsgərə başa gəlir”.  
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic”ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibədə uduzmayacaq və artıq bunu ABŞ Prezidenti Donald Trampın komandası başa düşür.
“Biz bu yaxınlarda hesabladıq ki, işğal olunmuş Ukrayna torpağının bir kilometri Rusiyaya 170 əsgərə başa gəlir. Bizim bütün bunlar üçün sübütlarımız var. Onlar son altı ay ərzində haradasa qalib gəliblər? Xeyr”, - deyə Zelenski bildirib.
O, həmçinin bu rəqəmə ölü və yaralı əsgərlərin daxil olduğunu, yaralıların vəziyyəti ağır olduğu üçün bir daha döyüşlərə qayıda bilmədiyini qeyd edib.
“Müəyyən mənada bu rəqəm Tramp komandasını təəccübləndirə bilər, çünki onlar Rusiyanın apardığı təbliğatın təsiri altındadır”, - Zelenski bildirib.
Zelenski əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putini dayandıra biləcək yeganə qüvvə ABŞ Prezidenti Donald Trampdır.
“Amerikalıların iştirakı ilə müharibəni bitirmək bizim üçün daha asandır. Daha asandır, çünki onlar rusları məcbur edə bilərlər. Hazırda, buna yalnız Tramp qadirdir”, - deyə dövlət başçısı qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top