
14 il sonra övladları dünyaya gələn ailəyə kənd sakinləri sürpriz ediblər.
Yeniavaz.com “Xəzər TV”-yə istinadla xəbər verir ki, kənd sakinləri ailədən xəbərsiz onların evlərinə gələcəkləri yolu bəzəyiblər.
Görüntülər Zərdab rayonunun Gödəkqobu kəndində qeydə alınıb. İbadovlar ailəsindən gizli şəkildə bəzədilən məhəllə iki körpənin gəlişinə hazırlanıb.
Bakıdan uşaqların gəlmə xəbərini eşidən kənd sakinləri bəzəmə işlərinə başlayıblar. Bu münasibətlə kiçik bir məclis də təşkil olunub.
Kənd sakinlərinin 14 il sonra övladı dünyaya gələn ailəyə sürprizi sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Daha ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz