Tramp İranı hərbi güclə hədələdi – “Söz var, hərəkət yoxdur”


ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün konkret addımlar atmağa hazır olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, jurnalistlərin İran hökuməti ilə bağlı suallarını cavablandırarkən qeyd edib.
Amerika Prezidenti həmçinin, İranı hərbi güc tətbiq etməklə hədələyib.
“Qeyd edim ki, onlar danışmaq istəyirlər. Ancaq söz var, hərəkət yoxdur”, - Tramp bildirib.
Amerika Prezidenti həmçinin bildirib ki, Tehran ABŞ-nin hərbi güc tətbiq etməsinin qarşısını almaq üçün ilk dəfədən təmin etməli olduğu razılaşmanı təmin etməlidir.
“Əgər bizə ədalətli razılaşma təklif etsələr, biz bunu etməyəcəyik”, - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top