
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo bu gün komandası ilə birlikdə Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Əl-Fateh”ə qarşı oyunda iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat verib.
O, Ronaldonun artıq komandası ilə oyuna getdiyini qeyd edib.
Qeyd edək ki, portuqaliyalı hücumçu bundan əvvəl “Əl-Nəsr”in heyətində üç oyunda yer almayıb. Bunlardan ikisi Pro Liqada, biri isə Asiya Çempionlar Liqasında olub.
Buna səbəb onun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən, xüsusilə də, eyni təşkilat tərəfindən idarə olunan rəqiblərlə müqayisədə onun klubuna qarşı daha az diqqət və resurs ayırmasından narazılığı olub.
Xatırladaq ki, “Əl-Nəsr” 20 oyundan sonra 49 xalla Səudiyyə Ərəbistanı Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. O, lider “Əl-Hilal” dan bir xal geridə qalır.
Tətbiqimizi yükləyə bilərsiniz