ABŞ Karib dənizində gəmiyə zərbə endirdi – Üç nəfər öldü


ABŞ Karib dənizində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı “X“ sosial şəbəkə səhifəsində məlumat yayıb.
Komandanlığın məlumatına görə, kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib.
Məlumatda bildirilib ki, hücum nəticəsində üç nəfər həlak olub. Amerika hərbçilərindən heç biri xəsarət almayıb.
Qeyd edək ki, bu, ilin əvvəlindən ABŞ-nin beynəlxalq sularda gəmilərə sayca dördüncü zərbəsidir.

DİGƏR XƏBƏRLƏR

Top