Zelenski-Rubio görüşü Münxendə baş tutacaq


ABŞ dövlət katibi Marko Rubio bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi bir Amerika rəsmisinə istinadla məlumat yayıb.
Digər tərəfdən, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov da Zelenskinin fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rubio ilə görüşəcəyini təsdiq edib.
Görüşün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcəyi gözlənilir. 
Zelenski həmçinin Münhen konfransı çərçivəsində Fransa Prezidentİ Emmanuel Makron və digər Avropa rəsmiləri ilə də görüşəcək.
Qeyd edək ki, bir gün əvvəl Rubio Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə görüşmək niyyətində olduğunu açıqlamış, lakin, o, 13 fevralda Zelenski ilə Almaniyada Avropa liderləri arasında Ukrayna danışıqlarına gəlməmişdi. “Financial Times” qəzeti Rubionun tədbirdə iştirak etməməsinin Avropa paytaxtlarında Vaşinqtonun Ukraynadakı münaqişələrin həlli səylərində iştirak etmək marağının azalması kimi qiymətləndirildiyini qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top