“Karlo Ançelotti Braziliya ilə müqaviləsini uzadacaq” − KİV


“Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə müqaviləsini uzadacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, italyan menecer dörd illik müqavilə imzalayacaq. Sənədlər hələ rəsmi olaraq təsdiqlənməyib, lakin hazırda artıq formallıq hesab olunur.
Qeyd edək ki, Ançelotti 2025-ci ilin may ayından bəri Braziliya millisinə rəhbərlik edir. O, komanda ilə səkkiz oyunda (dörd qələbə, iki heç-heçə və iki məğlubiyyət) nəticə göstərib.
İtalyan menecer əvvəllər “Milan”, “Real Madrid”, “Juventus”, PSJ, “Bayern Münhen”, “Everton” və “Napoli” klublarını çalışdırıb.

DİGƏR XƏBƏRLƏR

Top