“Hərəmiz 500 min dollar alacaq” − Paşinyan “Zayed” mükafatı haqda

“zayed insan qardaşlığı mükafatı”nı almaq böyük şərəfdir” − ilham əliyev
Azərbaycana və Ermənistan verilən 1 milyon dollarlıq mükafat iki ölkə arasında bölünəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü keçirilən brifinqdə bildirib.
“Zayed mükafatı” Fondu 1 milyon dollardır. Bilirsiniz, biz bunu Azərbaycan Prezidenti ilə bölüşəcəyik. Söhbətin 500 min dollardan gedəcəyi gözlənilir. Məbləğ hələ köçürülməyib və mən onu hansı sosial əhəmiyyətli məqsədlərə xərcləməyi düşünürəm”, - Paşinyan qeyd edib.
O, konkret qərar qəbul edildikdə açıqlama verəcəyini bildirib.
Xatırladaq ki, “Zayed mükafatı” fevralın 4-də BƏƏ-də Azərbaycan və Ermənistana təqdim edilib.
İnsan Qardaşlığı üzrə “Zayed mükafatı” dialoq, qarşılıqlı hörmət, sosial ədalət və dinc yanaşı yaşama mədəniyyətinin gücləndirilməsinə verdiyi töhfələrə görə verilir. Azərbaycan və Ermənistan 2026-cı il laureatları olub.

DİGƏR XƏBƏRLƏR

Top