KOBİA 2 min manata medianı monitorinq edəcək


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Mediatrends” MMC (VÖEN – 1002581251) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, satınalma tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, “Mediatrends” MMC KOBİA-nın sifarişi əsasında media monitorinq xidmətlərini həyata keçirəcək və qarşılığında 2 000 manat alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Mediatrends” MMC-nin qanuni təmsilçisi Osman Gündüz Mehdi oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top