Ata Abdullayev azadlığa buraxıldı


Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.
Yeniavaz.com
  xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.
Bildirilir ki, o, vaxtından öncə azadlığa buraxılmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət edib.
Məhkəmənin bu gün çıxardığı qərara əsasən, o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib.
Xatırladaq ki, Ata Abdullayev 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top