
“Los Anceles Leykers” klubunun amerikalı forvardı Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində tripl-dabl edən ən yaşlı oyunçu olub.
Yeniavaz.com xəbər verir ki, Lebron Ceyms 41 yaş 44 günlüyündə “Minnesota” ilə doğma meydançadakı oyununda (124-104) 28 xal, 12 məhsuldar ötürmə və 10 ribaundla yadda qalıb.
Əvvəlki rekordçu 2003-cü ildə 40 yaş 127 günlüyündə “Los Anceles Leykers”lə eyni nailiyyəti əldə etmiş amerikalı forvard Karl Meloun olub.
Qeyd edək ki, Ceyms dörd NBA titulu qazanıb. Müntəzəm mövsümün və final seriyasının pley-of mərhələsinin ən yaxşı oyunçusu seçilib.
O, hazırda NBA-də 23-cü mövsümünü keçirir ki, bu da liqa rekordudur.
O, ABŞ milli komandası ilə üç Olimpiya qızıl (2008, 2012 və 2024), o cümlədən, bir Olimpiaya bürünc (2004) medalı qazanıb.
Xatırladaq ki, tripl-dabl idmançının bir oyunda 5 əsas kateqoriyada (xal, ribaund, məhsuldar ötürmə, top əldə etmə, blok) ikirəqəmli nəticələr əldə etməsidir.
Tətbiqimizi yükləyə bilərsiniz