“Karapetyan Ermənistanın baş naziri vəzifəsinə namizəd ola bilməz”


“Samvel Karapetyan Ermənistanın baş naziri vəzifəsinə namizəd ola bilməz”.
Yeniavaz.com
“NEWS.am” portalına istinadla xəbər verir ki, bunu hakim “Vətəndaş Müqaviləsi” partiyasının sədr müavini, millət vəkili Vahaqn Aleksnanyan jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Karapetyanın namizədliyinin qeydə alınması mümkün deyil, çünki bu, Ermənistan Konstitusiyası və qanunları ilə qadağandır.
“Filipp Kirkorov nə qədər Ermənistan baş naziri ola bilməzsə, Nikolas Maduro nə qədər Ermənistan baş naziri ola bilməzsə, İlon Mask nə qədər Ermənistan baş naziri ola bilməzsə, Samvel Karapetyan da o qədər Ermənistan baş naziri ola bilməz”, - Aleksnanyan əlavə edib.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyası Ermənistanın baş naziri vəzifəsinə namizəd kimi Samvel Karapetyanı açıqlayıb. Partiya həmçinin, Samvel Karapetyanı yekdilliklə partiyanın sədri seçib.
Xatırladaq ki, Ermənistan parlamentinə növbəti seçkilər 7 iyun 2026-cı ildə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top