Orta əməkhaqqı ilə hansı ölkədə daha tez ev almaq olar? – Azərbaycan sonuncudur


Azərbaycanda vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra vətəndaşın aldığı orta aylıq əməkhaqqı 458 dollar (779 manat), şəhərin kənar rayonlarında yerləşən mənzillərin bir kv. metrinin orta satış qiyməti isə 1 135 dollar (1930 manat) təşkil edir.
Yeniavaz.com
məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, şəhərin kənar rayonlarında yerləşən 60 kv. metrlik bir mənzilə sahib olmaq üçün Azərbaycan vətəndaşları heç bir xərcləmə etmədən orta aylıq əməkhaqqını 12,4 il toplamalıdır.
Məlumat üçün bildirək ki, Azərbaycan bu göstərici üzrə Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında sonuncu sırada yer alır. İlk sırada Belçika qərarlaşıb. Bu ölkədə orta aylıq əməkhaqqı ilə 60 kv. metrlik bir mənzilə sahib olmaq üçün 5 il kifayət edir.
Keçmiş SSRİ ölkələri arasında isə bu sahədə ən yaxşı vəziyyət Latviyada qeydə alınıb. Latviyada bir vətəndaş orta aylıq əməkhaqqını heç bir yerə xərcləmədən 6,7 il toplasa, şəhərin kənar rayonlarında 60 kv. metr mənzil ala bilər.
Qonşu ölkələr arasında isə ən yaxşı vəziyyət Türkiyədədir. Türkiyə həm də Avropada mənzil sahibi olmaq üçün ən əlverişli ölkə hesab olunur. Bu ölkədə orta aylıq əməkhaqqını toplayaraq 5,2 ilə 60 kv. metr mənzil sahibi olmaq mümkündür.
Cədvəldə Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra orta aylıq əməkhaqqı, şəhərin kənar rayonlarında yerləşən mənzillərin bir kv. metrinin orta satış qiyməti və 60 kv. metr mənzili ala bilmək üçün orta aylıq əməkhaqqını neçə il toplamaq lazım olduğu göstərilib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top