İlk dəfə azərbaycanlılar quru yolla Ermənistana getdi – Video


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri fevralın 13-14-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçiriləcək ikitərəfli dəyirmi masada iştirak etmək üçün quru yolla Ermənistana səfər ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək, quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən Ermənistana daxil olub.
“SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq azərbaycanlılar quru yolla Ermənistana gəliblər. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci ilin oktyabrında da Ermənistana səfər etmişdilər, lakin həmin vaxt hava yolu ilə”, - “Sputnik” yazır.

DİGƏR XƏBƏRLƏR

Top