
Yeni peyk görüntülərinin təhlilinə görə, İran nüvə obyektlərindən birinin yaxınlığında yeraltı kompleksi möhkəmləndirir.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-da yerləşən beyin mərkəzi Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) məlumat yayıb.
Bildirilir ki, bu fəaliyyət, İran və ABŞ rəsmiləri arasında danışıqların davam etdiyi və Prezident Donald Trampın İranın nüvə proqramı ilə bağlı yeni bir razılaşma əldə etməməsi halında ona qarşı yeni hərbi əməliyyatlarla hədələdiyi bir vaxta təsadüf edir.
ISIS-in yaydığı peyk fotolarında Pikaxe Dağı kimi tanınan dağda tunel girişlərinin gücləndirildiyi görünür.
Ekspertlər deyirlər ki, bu proses İranın uran zənginləşdirmə fəaliyyətlərini və ya əsas avadanlıqlarını qorumaq üçün nəzərdə tutula bilər.


Tətbiqimizi yükləyə bilərsiniz