
ABŞ Prezidenti Donald Tramp 2026-cı il aralıq konqres seçkiləri yaxınlaşdıqca yaxın həftələrdə administrasiyasının Ukraynadakı münaqişənin həllində iştirakını dayandıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Atlantic” qəzeti məlumat yayıb.
Nəşrin yazdığı kimi, Tramp qarşıdakı həftələrdə seçki kampaniyasına daha çox diqqət ayıra və bu da onu Ukrayna ilə bağlı danışıqlar prosesindən çəkilməyə sövq edə bilər.
Nəşr qeyd edir ki, Tramp geri çəkilmək üçün növbəti həftələrdə danışıqların siyasi uğursuzluq olduğuna qərar verə bilər. Daha sonra o, diplomatik uğursuzluğuna görə məsuliyyəti ya Moskvanın, ya Kiyevin, ya da hər iki tərəfin barışmazlığı ilə əlaqələndirə bilər.
Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilər Senatın üçdə birinin və Nümayəndələr Palatasının hamısının yenidən seçilməsini əhatə edəcək. Bu seçkilər zamanı Trampa qarşı çıxan Demokratlar Partiyası Konqres üzərində nəzarəti bərpa edəcəyinə ümid edir.
Tətbiqimizi yükləyə bilərsiniz