
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Atletik Bilbao” klubuna yeni oyunçuların qeydiyyatını qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu qərar İspaniya klubunun təşkilatın tənzimləyici tələblərini dəfələrlə pozması ilə əalqədar verilib.
Transfer qadağası 2028-ci ilin yanvar ayına qədər tətbiq edilib.
Qeyd edək ki, İspaniya liqasında 23 oyundan sonra “Atletik Bilbao” 28 xalla 10-cu yerdədir. Növbəti turda komanda fevralın 15-də səfərdə “Oviedo” ilə qarşılaşacaq.
“Atletik Bilbao” həmçinin, 2025/26 mövsümündə Kral Kubokunun yarımfinalçısıdır. Onlar yarımfinal mərhələsinin ilk oyununda “Real Sociedad”a 1-0 hesabı ilə məğlub olublar.
Tətbiqimizi yükləyə bilərsiniz