Zelenskinin Yermakı işdən çıxarmasının səbəbi korrupsiya deyilmiş...


“Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın işdən çıxarılması iş adamı Timur Mindiçə qarşı korrupsiya işi ilə bağl deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” qəzetinə verdiyi müsahibədə bildirib.
“Bunun üçün öz səbəblərim var idi”, - deyə Zelenski Yermakın işdən çıxarılması ilə bağlı qeyd edib.
Qeyd edək ki, 2025-ci il noyabr ayının sonlarında məmurun evində axtarışlar aparıldıqdan sonra Zelenskinin ofis rəhbəri Andrey Yermak istefa vermiş və daha sonra Zelenski onun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalamışdı. Bir neçə həftə əvvəl Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu enerji sektorundakı korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan etmişdi. İstintaq bir il yarım davam etmiş və büro əməkdaşları təxminən 1000 səs yazısı toplamışdılar. Əsas şübhəlilərdən birinin Zelenskinin yaxın adamı hesab edilən iş adamı Timur Mindiç olduğu üzə çıxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top