“Atletiko Madrid” “Barselona”nı darmadağın etdi – Video


İspaniya çempionu və kubokun qalibi “Barselona” ölkə kubokunun yarımfinalının ilk oyununda “Atletiko Madrid”in qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, Madrid təmsilçisi “Kataloniyalılar”ı darmadğın edib – 4:0
“Barselona”nın ispan müdafiəçisi Erik Qarsiya 6-cı dəqiqədə öz qapısına qol vurub. O, həmçinin 86-cı dəqiqədə qırmızı vərəqə alaraq metdandan qovulub.
Fransalı hücumçu Antuan Qrizmann 14-cü dəqiqədə fərqi iki topa çıxarıb. Nigeriyalı hücumçu Ademola Lukman isə 33-cü dəqiqədə növbəti qolu vurub. Argentinalı hücumçu Xulian Alvareş isə ilk hissəyə əlavə olunmuş ikinci dəqiqədə dördüncü və həlledici qolu vurub.
Qeyd edək ki, cavab oyunu martın 3-də Barselonada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top