
Nigerin ən nüfuzlu hərbi xadimlərindən biri, ölkə prezidentinin Xüsusi Qərargah rəisi general Amadou İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Nigerin paytaxtı Niamey stadionunda keçirilən mitinqdə çıxış edən İbro Nigerin Fransa ilə müharibəyə başlayacağını bəyan etdi:
“Bilin ki, biz Fransa ilə müharibəyə başlayacağıq. Əvvəllər döyüşməmişik, amma indi Fransa ilə müharibəyə başlayacağıq”.
İbronun bəyanatı iştirak edənlərin alqışları ilə qarşılandı və onlar “Fransaya lənət olsun” şüarları səsləndirdilər.
Xatırladaq ki, 2024-cü ilin iyul ayının sonlarında Prezident Qvardiyasının bir qrup əsgəri Nigerdə üsyan qaldıraraq prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan etdi. Ölkəni idarə etmək üçün Qvardiya Komandanı Əbdürrəhman Çianinin rəhbərlik etdiyi Vətənin Xilaskarlığı üzrə Milli Şura yaradıldı. Yeni hakimiyyətin ilk qərarlarından biri Fransa ilə Nigerdə hərbi kontingentin yerləşdirilməsi ilə bağlı müqavilələrin ləğvi idi və nəticədə Paris qoşunlarını Afrika ölkəsindən çıxarmaq məcburiyyətində qaldı.
Tətbiqimizi yükləyə bilərsiniz