“Adam Kadırovun qəzadan sonra dalağı çıxarılıb, bir gözü kor qala bilər” − KİV


“Qroznıda baş verən avtomobil qəzasından sonra Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adamun üç həftə mualicə aldığı Moskvanın Botkin xəstəxanasında dalağı çıxarılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Novaya Gazeta Europe” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, baş zədəsi nəticəsində 18 yaşlı Kadırova çənə sümüyünün sınığı diaqnozu qoyulub. İddia edilir ki, ona altı ay ərzində sərt pəhriz təyin edilib.
Mənbə həmçinin Çeçenistan liderinin oğlunun görmə sinirinə zərər dəydiyini və bir gözünün kor qalma riski olduğunu bildirib.
Qəzadan sonra Adam Kadırovun üç cangüdəni Moskvaya təxliyə edilib. Qəzetin mənbələrinə görə, onlar daha ciddi xəsarətlər alıblar. Xüsusilə, Çeçenistan liderinin oğlunun ən yaxşı dostu olduğu deyilən Bislan Kaimov ağır kəllə-beyin travması alıb və iflic qala bilər.
Xatırladaq ki, yanvar ayında “Niyso” və “Kavkaz.Realii” nəşri Adam Kadırovun Qroznıda baş verən yol qəzasında xəsarət aldığını bildirib. Fevralın 9-da Ramzan Kadırov oğlunun iştirakı ilə baş verə biləcək yol qəzası ilə bağlı xəbərlərə ilk dəfə münasibət bildirib. O, bu xəbərləri “birdən-birə ortaya çıxan və bir nömrəli beynəlxalq xəbər mövzusuna çevrilən uydurma” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top