
Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa” uçuş heyətinin tətili səbəbindən cümə axşamı günü təxminən 800 reysi ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Pilotlar pensiya bonuslarının artırılmasını, stüardessalar isə bağlanmış “CityLine” törəmə şirkətinin işçiləri üçün kompensasiya tələb edirlər.
Tətil gecə yarısına qədər davam edəcək. “Lufthansa” cədvəlin cümə günü bərpa olunacağını gözləyir. Tətil Almaniyada iki böyük tədbir - 12 və 13 fevralda başlayacaq Berlin Beynəlxalq Film Festivalı (“Berlinale”) və Münhen Təhlükəsizlik Konfransı fonunda keçirilir. Ləğv təxminən 100.000 sərnişinə təsir edib.
Tətbiqimizi yükləyə bilərsiniz