“Maaşım 1000 dollardır” – Pezeşkian


“Aylıq maaşım təxminən 1000 dollardır (1700 manat)”.
Yeniavaz.com
“İran İnternational” portalına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian milli valyutanın devalvasiyası barədə danışarkən bildirib.
“Əvvəllər ədalətli məbləğdə, 6 min tümən maaş ödəyirdik, bu da 6 min dollara (10 200 manat) bərabər idi. Amma indi mən, prezident olaraq, 1000 dollar maaş alıram”, - Pezeşkian deyib.
Qeyd edək ki, İranda hazırkı məzənnə ilə 1 dollar 162 000 tümənə, 1000 dollar isə 162 milyon tümənə bərabərdir. Bu rəqəm İranda bir işçinin orta aylıq maaşının təxminən 10 milyon tümənə bərabər olduğu bir vaxta təsadüf edir.

DİGƏR XƏBƏRLƏR

Top